Misli Premyer Liqasının XXVII turunda keçirilən “Neftçi” - “Araz-Naxçıvan” oyunundan sonra komandamızın məşqçisi Vadar Nuriyevin mətbuat konfransında səsləndirdiyi fikirlər: “Oyuna yaxşı hazırlaşmışdıq və qələbə qazanmaq istəyirdik. Bizim üçün finala bərabər görüş idi. “Neftçi” birinci hissədə yaxşı oynadı. İkinci hissədə əvəzetmələrdən sonra oyunumuzu düzəltdik, bunun nəticəsi olaraq qol da vurduq. Cinah futbolçularımız olmadığına görə, meydanda yerdəyişmə etmişdik. Bu da müəyyən çətinlik yaratdı.

Qarşıda 6 oyunumuz var. Turnir cədvəlində dəyişiklik mümkündür. Futbolda əvvəlcədən heç nəyi dəqiq demək olmur. Mümkündür ki, bizdən üst sıralarda yer alan rəqiblər xallar itirsin, biz qələbə qazanıb yuxarı pillələrə qalxaq”.